Bankomat vasitəsilə ödəməBorclarınızı ödəmək, depozitə pul vəsaiti yatırtmaq və ya balansınızı artırmaq istədiyiniz halda, kredit və ya debit kartlarından istifadə edə bilərsiniz.
Bunun üçün kredit və ya debit kartınızı (VISA, VISA Electron, Cirrus/Maestro, MasterCard/Eurocard) AXM-ə (Avtomatik Xəzinə Maşını) daxil edin. Sonra ekranda görünən proseduru istəyinizə uyğun pillə-pillə yerinə yetirin.
Ödəmənin qəbulu şərtləri
- Hal-hazırda Beynəlxalq Bank, Bank Respublika, Bank Standart, AzDəmiryolBank, Atrabank, Nikoilbank, AzəriQazBank, Muğan Bank, Bank of Baku, TexnikaBank, UniBank, Rabitə Bank, Kapital Bank, AtaBank, Xalqbank, Azər-Türk Bank, "Azərbaycan Mikromaliyyəşdirmə" Qapalı Səhmdar Bankı, "Debüt" Səhimdar Kommersiya Bankının kredit və debit kart sahibləri bu xidmətdən istifadə edə bilərlər. Ödənişlərinizi yalnız qeyd olunmuş bankların AXM-lərində həyata keçirə bilərsiniz.
- Əgər Sizin kredit və ya debit kartınız yuxarıda göstərilən banklar tərəfindən verilməyibsə, ATMÖdəməCELL xidmətindən sizin kartla istifadəetmə imkanını aydınlaşdırmaq üçün AzeriCard-ın Müştəri Dəstəyi bölümünə (tel.: 498-46-97) və ya Azercell Müştəri Xidmətlərinə müraciət edin.
- Ödəniş aşağıdakı ardıcıllıqla həyata keçirilir: dövlət rüsumu (varsa), gecikmə faizi (varsa), faktura borcu (varsa) ödənilir, artıq məbləğ qalarsa, avansa yatırılacaq. Əgər dövlət rüsumu, gecikmə faizi, faktura borcu yoxdursa — bütün məbləğ avansa yatırılacaq.
- Depozit məbləği 150 AZN-dir. Əgər depozitinizdə 150 AZN varsa, yeni ödədiyiniz depozit məbləği avansa köçürüləcək.
- ATMÖdəməCELL xidmətindən istifadə edərək kredit/debit kart vasitəsilə xarici ölkədə ödəniş edilməsi mümkün deyil.
Diqqət: Ödəmənizin həyata keçdiyini təsdiq edən qəbzləri saxlayın. |
Azercell Telefon Mərkəzi
Azercell Fakturalı Xətt — 6565.
Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.
Digər nömrələr
|