Konturların kreditə alınmasıTəcili zəng etmək/mesaj göndərmək lazımdır, lakin balansınızda kifayət qədər kontur yoxdur və hər hansı bir səbəbdən danışıq kartı əldə etmək mümkün deyil?! SimKredit-in təklif etdiyi kreditdən faydalanın!
9150 nömrəsinə kredit sözünü SMS vasitəsilə göndərin, kreditə 150 kontur və ya 9250 nömrəsinə kredit sözünü göndərin, kreditə 250 kontur əldə edin. Xidmətdən, telefon xətti aktiv olan və sistemə qoşulduğu andan etibarən balansına ən azı 6 AZN məbləğində kontur yükləmiş SimSim, Bizdən Bizə və GəncSim abonentləri istifadə edə bilərlər.
9150 və 9250 nömrələrinə göndərilən istək mesajı pulsuzdur. Kreditdən istifadə haqqı 30 (9150 nömrəsindən), 50 (9250 nömrəsindən) konturdur.
Kreditə alınmış konturlar və kreditdən istifadə haqqı növbəti balansartırmadan sonra balansdan çıxılır. Konturlar balansdan çıxdıqda, abonent bu barədə bildiriş mesajı alır.
|
Qeyd: Abonent gün ərzində bu xidmətdən bir dəfə istifadə edə bilər. Balansın SimKredit konturlarla artırılması həmin an qüvvədə olan SimSim danışıq kartının müddətini dəyişdirmir.