Azərbaycan dilindəIn EnglishПо-русски

Konturların birbaşa telefondan yüklənməsi

1001СELL vasitəsilə

Balansınıza danışıq konturu yükləmək üçün pulsuz zəng edə biləcəyiniz nömrə: 1001 YES 2.

Bu nömrəyə zəng etdiyiniz zaman Sizə səsli yardım göstəriləcəkdir. Danışıq konturu yükləmək üçün aşağıdakı əməliyyatları sıra ilə yerinə yetirməlisiniz:

  • kartın üzərində boyanı pozun;
  • şıfrə soruşulduqda, kartın üstündəki 13-rəqəmli şifrəni daxil edin və # düyməsini basın;
  • daxil etdiyiniz şifrə Sizə oxunulacaq, düzgündürsə, 2 düyməsini basın, konturlarınız artıq yüklənmiş olacaq. Əks halda, 1 düyməsini basın və şifrəni yenidən daxil edin.

Bu əməliyyatı bitirdikdə aldığınız SimSim kartının məbləği qədər kontur balansınıza yüklənmiş olacaq.

101CELL vasitəsilə

Bu xidmət konturyükləmə prosesinin qat-qat tez və rahat həyata keçirilməsində Sizə köməkçi olacaq. Kontur yükləmək üçün sadəcə, *101* 13-rəqəmli şifrə #YES yığmaqla balansınıza istənilən SimSim danışıq kartını yükləyə bilərsiniz.

Qeyd: 1001CELL və 101CELL xidmətlərindən isifadə zamanı 13-rəqəmli şifrə 3 dəfə yanlış daxil edilərsə, xidmətlər baglanılacaq. 24 saatdan sonra xidmətlər avtomatik olaraq açılır. Həmçinin, xidmətlərin açılması üçün 1001 nömrəsinə boş mesaj gondərmək olar. Xidmət haqqı 1 standart SMS tarifilə eynidir.

YükləCELL vasitəsilə

Bu xidmət vasitəsilə Azercell abonentləri istədikləri abonentin telefon nömrəsinə, eləcə də öz nömrələrinə kontur və ya ÖdəməCELL kartı yükləyə bilərlər.

İstənilən SimSim/Bizdən Bizə və ya GəncSim abonentinin nömrəsinə aşağıdakı üsulla kontur yükləyə bilərlər:

*131* SimSim/Bizdən Bizə və ya GəncSim nömrəsi * SimSim danışıq kartının 13-rəqəmli şifrəsi #YES

SimSim/Bizdən Bizə və GəncSim abonentləri öz nömrələrinə isə aşağıdakı üsulla kontur yükləyə bilərlər:

*131* SimSim danışıq kartının 13-rəqəmli şifrəsi #YES

Əməliyyat başa çatdıqdan sonra siz müvafiq bildiriş mesajı alırsınız.

YükləCELL xidmətindən, həmçinin, rominq zamanı eyni qaydada istifadə etmək mümkündür.

Kontur yükləməkdə çətinlik çəkdiyiniz halda, Müştəri Xidmətlərinə müraciət edin.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr