Azərbaycan dilindəIn EnglishПо-русски

Ödəmə kartları

ÖdəməCELL xidməti sizin üçün danışıq haqqınızı daha rahat ödəmək imkanı yaradır. Xidmətdən yararlanmaq üçün danışıq haqqını əvvəlcədən, ya da mövcud borcları ödəmə məntəqəsinə getmədən ödəməyə imkan verən Azercell Ödəmə Kartı almaq kifayətdir. Hal-hazırda 10 AZN, 20 AZN, 40 AZN, 100 AZN, 200 AZN dəyərində ödəmə kartları mövcuddur.

Ödəmə kartından istifadə yolu aşağıdakı kimidir:

  1. 650 nömrəsinə zəng vurub (pulsuz) ÖdəməCELL kartının üzərindəki 13-rəqəmli şifrəni daxil edin.
  2. ÖdəməCELL kartının 13-rəqəmli şıfrəsini 650 nömrəsinə SMS-lə göndərin.
  3. *141* ÖdəməCELL kartının 13-rəqəmli şifrəsi #YES.
  4. *141* Azercell Fakturalı Xətt nömrəsi * ÖdəməCELL kartının 13-rəqəmli şifrəsi #YES (bu yolla istənilən Azercell Fakturalı Xətt abonentinin balansını artıra bilərsiniz).

13-rəqəmli şifrəni daxil etdikdən sonra borcunuz olduğu halda, ödəmə kartında olan məbləğ silinəcək; borcunuz yoxdursa, ödəmə kartında olan məbləğ avans olaraq hesabınıza köçürüləcək; borcunuz ödəmə kartında olan məbləğdən azdırsa, onda qalan məbləğ hesabınıza avans olaraq köçürüləcək.

İstifadə şərtləri

  • ÖdəməCELL kartlarının son yükləmə tarixi yoxdur (müddətsizdir), bu kartlar əldə olunduğu tarixdən etibarən istənilən vaxt yüklənilə bilər.
  • Abonent rominqdə olan zaman da ÖdəməCELL-dən istifadə edə bilər. ÖdəməCELL kartının 13-rəqəmli şıfrəsini SMS-lə 650 nömrəsinə göndərməklə və ya YükləCELL xidməti vasitəsilə *141* ÖdəməCELL kartının 13-rəqəmli şifrəsi #YES).
  • ÖdəməCELL kartı abonentin müraciəti əsasında Müştəri Xidmətləri tərəfindən yükləndikdə də həmçinin, balans artırıldıqdan sonra abonentə bildiriş mesajı göndərilir.
  • ÖdəməCELL kartı abonentin balansına yükləndikdə, ilk öncə, əvvəlki (köhnə) borcları silinir.
  • Azercell Fakturalı Xətt abonentlərinin hesabına istənilən sayda ÖdəməCELL kartı yükləmək və ödəmə məntəqələri vasitəsilə istənilən məbləğ yatırtmaq mümkündür.
  • ÖdəməCELL kartı vasitəsilə depozitin yatırılması mümkün deyildir.
  • 13-rəqəmli şifrə 3 dəfə yanlış daxil edilərsə, 650 xidməti avtomatik olaraq bağlanılacaq. Xidmət avtomatik olaraq yalnız 24 saatdan sonra aktiv olur. 650 xidmətinin göstərilən müddətdən tez açılması üçün 650 nömrəsinə boş mesaj göndərin. Xidmət haqqı 1 standart SMS tarifilə eynidir.

Daha ətraflı məlumat üçün Azercell Müştəri Xidmətlərinə müraciət edin.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr