KonturköçürməPayCELL xidməti sayəsində Siz balansınızdan istədiyiniz SimSim, Bizdən Bizə və GəncSim abonentinin balansına 100 və ya 200 kontur köçürə bilərsiniz.
Balansına kontur köçürmək istədiyiniz SimSim, Bizdən Bizə və ya GəncSim abonentinin nömrəsini yazıb SMS vasitəsilə 9200 (100 kontur üçün) və ya 9202 (200 kontur üçün)nömrəsinə göndərin.
Köçürməni Azercell-in Fakturalı Xətt abonenti etdikdə, onun hesabından 100 kontur üçün 0,40AZN, 200 kontur kontur köçürmə üçün 0,80(ƏDV xaric) çıxarılaraq, həmin məbləğin kontur ekvivalenti olaraq 100 (200)kontur müvafiq SimSim, Bizdən Bizə və ya GəncSim abonentinin balansına köçürüləcək.
Xidmətdən 1 gün ərzində 3 dəfə istifadə etmək mümkündür.
Xidmət haqqı
9200 nömrəsinə göndərilən SMS-in qiyməti Fakturalı Xətt abonentləri üçün – 0,04AZN (ƏDV xaric), SimSim, Bizdən Bizə və GəncSim abonentləri üçün 10 konturdur.
9202 nömrəsinə göndərilən SMS-in qiyməti Fakturalı Xətt abonentləri üçün – 0,08AZN (ƏDV xaric), SimSim, Bizdən Bizə və GəncSim abonentləri üçün 20 konturdur.
|
Qeydlər:
- 9200 nömrəsinə göndərilən SMS formatı səhvdirsə;
- abonent günlük limitini (3 dəfə) bitirdikdən sonra kontur köçürməsinə dair əlavə istək göndərərsə,
abonentin balansından çıxarılan 100 (200) kontur və ya 0,40AZN (0,80AZN),ƏDV xaric balansa geri köçürüləcək, istək mesajının haqqı (10/20 kontur və ya 0,04AZN/0,08 (ƏDV xaric) ) isə hesabdan tutulacaq.