Azərbaycan dilindəIn EnglishПо-русски

Balans haqda məlumat (650СELL, KonturCELL, 1002CELL)

650CELL xidmətindən istifadə edərək balansınız (faktura borcu, cari borc, avans hesabınızda olan məbləğ və s.) barədə məlumatı 24 saat ərzində öyrənə bilərsiniz.

Məlumatı aşağıda göstərilən yollarla əldə edə bilərsiniz:

  • Zəng vasitəsilə — 650 nömrəsinə zəng edin. Salamlamadan sonra sizə səsli yardım göstəriləcək. Səsli yardıma riayət edib, balansınızı dinləyin. Balansınız haqda məlumat, həmçinin, SMS vasitəsi ilə də telefonunuza daxil olacaq.
  • SMS vasitəsi ilə — 650 nömrəsinə boş qısa mesaj göndərin.
  • İnternet vasitəsilə — İnternet saytımızın Virtual Müştəri Xidmətləri ünvanına müraciət edin.

Balansınız barədə məlumatın digər abonentlər tərəfindən öyrənilməsinin mümkün olması üçün “+“ işarəsini,

məlumatın digər abonentlər tərəfindən öyrənilməsinin qarşısını almaq üçün “−“ işarəsini 650 nömrəsinə SMS vasitəsilə göndərin.

Tariflər

Zənglə-istək — 0,02AZN (ƏDV xaric)
SMS-istək — 0,02AZN (ƏDV xaric)

Qeyd: Səsli yardımın dil seçimini etmək üçün “Şəxsi kabinetim” səhifəsinə müraciət edin.

Daha ətraflı məlumat üçün Azercell-in Müştəri Xidmətlərinə müraciət edin.

Balansa daimi nəzarət

KonturCELL xidməti Açıq Xətt/Bizdən Bizə və GəncSim abonentlərinə hər zəngin və göndərilən hər qısa mesajın sonunda istifadə olunmuş və balansda qalan kontur haqda məlumatı mesaj vasitəsilə almaq imkanı yaradır.

Siz hər istifadədən dərhal sonra sərf olunmuş və balansınızda qalan konturlar haqda məlumat ala bilərsiniz.

Telefonunuzda dil seçimindən asılı olaraq, məlumat Azərbaycan, ingilis və yaxud rus dillərinin birində daxil olur.

Balans haqda daxil olan mesaj telefonunuzun yaddaşında qalmır.

Xidmət bütün Açıq Xətt/Bizdən Bizə və GəncSim abonentlərinə avtomatik aktiv edilir, lakin siz saytımızın Virtual Müştəri Xidmətləri bölümünə, Dinamik İVR xidməti üzərindən və ya Azercell Müştəril Xidmətlərinə müraciət edərək xidmətdən imtina edə bilərsiniz.

Qeyd: Bəzi mobil telefonlar bu xidməti dəstəkləmir.

Balans haqda məlumat (istək əsasında)

1002CELL xidmətindən istifadə edərək, Açıq Xətt/Bizdən Bizə və GəncSim abonentləri cari balansları barədə məlumat əldə edə bilərlər.

Bunun üçün, sadəcə, 1002 nömrəsinə zəng etmək və ya boş mesaj göndərmək kifayətdir. Balans barədə aşağıdakı məlumatlar təqdim olunur:

  • konturların sayı;
  • konturların son istifadə tarixi;
  • abonentliyin ləğvi tarixi;

Xidmət haqqı — 5 konturdur.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr