MobilMail (Korporativ) Elektron poçt qutunuza və təqviminizə uzaqdan, tez daxil olmaq və hər işi nəzarətdə saxlamaq imkanı.
Bəzən elektron məktub alarkən ona tez bir “hə” və ya “yox” cavabı yazmaq kifayət olur. Amma siz işlə əlaqədar ofis xaricində və ya iclasdasınızsa elektron poçt qutunuza daxil ola bilmirsiniz və bir müddət sonra işlər nəzarətdən çıxmaq təhlükəsi ilə qarşılaşır.
MobilMail xidməti vasitəsilə siz istənilən vaxt - maşında və ya hər hansı bir iclasın başlanmağını gözləyərkən elektron məktublarınızı yoxlaya və cavablaya bilərsiniz. Bu o deməkdir ki, ofisə qayıdanda artıq sizi oxunmamış elektron məktublar yığnağı gözləməyəcək.
Lotus Domino və ya Microsoft Exchange elektron məktub mühitlərindən istifadə edən şirkətlərin həmkarları kompüterdəki elektron poçtlarını telefon və ya hərəkətdə olan zaman elektron poçtu daxil olmaq imkanı verən cihazlar vasitəsilə yoxlaya bilərlər.
Faydalar
- Harada olursunuzsa olun zənglərinizi, elektron məktublarınızı, əlaqə məlumatları və təqviminizi idarə edin
- Şirkət məlumatlarının təhlükəsizliyi və etibarlılığından əmin olaraq simsiz rabitədən istifadə edin
- Xaricdə olarkən belə elektron poçtunuz vasitəsilə əlaqə saxlayın
- İstifadəçilərinizi istənilən elektron poçt platformasından mərkəzləşdirilmiş şəkildə idarə edin.
Necə istifadə etməli?
MobilMail proqramını əldə etmək üçün kuratorunuza müraciət edin və şirkətinizə lazım olan lisenziyaların miqdarını bildirin.
Proqram qeydə alınacaq və daha sonra şirkətinizin elektron poçt serverinə quraşdırılacaqdır. Daha sonra isə lisenziya sayı əsasında şirkət telefonlarına paylanılacaqdır.
Xidməti dəstəkləyən cihazlar
“Symbian OS” və “Windows Mobile OS” operativ sistemləri olan mobil telefonlar:
- IQ cihazlar: Sony Ericsson P800, P900, P910, Motorola A1000
- Nokia Seriyaları 60: Nokia 3230, 6600, 6620, 6630, 6670, 6680, 6681 and 7610
- Nokia Seriyaları 80: Nokia 9300 and 9500
- Nokia Seriyaları 90: Nokia 7710
- Windows Mobil Pocket PC, Windows mobil smartfonlar
Xidməti dəstəkləyən serverlər
Aşağıda göstərilən serverlər uyğundur:
- Microsoft Exchange 5.5
- Microsoft Exchange 2000
- Microsoft Exchange 2003
- Lotus Domino 5.0
- Lotus Domino 6.0
- Lotus Domino 6.5
Tariflər
| Tarifin adı |
GPRS/EDGE aylıq istifadə haqqı/AZN |
GPRS/EDGE PULSUZ istifadə |
GPRS/EDGE təyinat (APN) |
GPRS/EDGE istifadə haqqı/AZN |
| ŞirkətimCELL-1 |
5 |
15 MB |
mail |
15 MB-dan artıq olduqda hər 1 MB üçün 0,50AZN (ƏDV xaric) |
| ŞirkətimCELL-2 |
10 |
40 MB |
mail |
40 MB-dan artıq olduqda hər 1 MB üçün 0,50AZN (ƏDV xaric) |
| Qeyri-ŞirkətimCELL-1 |
5 |
10 MB |
mail |
10 MB-dan artıq olduqda hər 1 MB üçün 0,70AZN (ƏDV xaric) |
| Qeyri-ŞirkətimCELL-2 |
10 |
25 MB |
mail |
25 MB-dan artıq olduqda hər 1 MB üçün 0,70AZN (ƏDV xaric) |
MobilMail xidməti üçün Təlimat kitabçaları |