Valyuta məzənnələri (FinansCELL)FinansCELL xidməti Azərbaycan Respublikası Milli Bankının valyuta məzənnəsi, Bakı Banklararası Valyuta Birjasının (BBVB) hərrac yekunları və Azərbaycanda fəaliyyət göstərən bankların ABŞ dolları kursu barədə məlumat almaq imkanı yaradır. Bu məlumatı almaq üçün müvafiq surətdə 6901, 6902 və 6903 nömrələrinə müraciət etmək lazımdır.
- 6901 nömrəsindən Milli Bankın valyuta məzənnələri (USD-ABŞ dolları, EUR-avro, GBP-Böyük Britaniya sterlinqi, CHF-İsveç frankı, İRR-İran rialı, JPY-Yapon yeni, YTL-Türkiyə lirəsi, RUR-Rusiya rublu, GEL-Gürcüstan larisi, KZT-Qazaxstan təngəsi, UAH-Ukrayna qrivnası).
- 6902 nömrəsindən
BBVB (Bakı Banklararası Birjası) hərrac yekunları.
- 6903 nömrəsindən isə Azərbaycanda fəaliyyət göstərən qabaqcıl bankların ABŞ dolları kursu barədə məlumat ala bilərsiniz.
Xidmətdən istifadə qaydaları
İstədiyiniz məlumatı əldə etmək üçün müvafiq qısa nömrəyə ayın tarixini (format: GG.AA.İİ məs. 01.01.06) qısa mesaj vasitəsilə göndərin. Cavab mesajı ilə istədiyiniz məlumatı alacaqsınız.
Tariflər
Hər 1 SMS-istək üçün:
- Azercell Fakturalı Xətt: 0,40 AZN, ƏDV xaric;
- Açıq Xətt/Bizdən Bizə və GəncSim: 95 kontur.
|
Qeyd: FinansCELL vasitəsilə ABŞ dollarının məzənnəsi haqda məlumatı 02.01.00 tarixindən, digər valyuta məzənnələri isə 02.01.02 tarixindən etibarən ala bilərsiniz.