İmtahan nəticələri (İmtahanCELL)Ali məktəblərə qəbul imtahanlarının nəticələrini çox rahat İmtahanCELL xidmətindən öyrənə bilərsiniz.
Abituriyentin altırəqəmli iş nömrəsini qısa mesaj vasitəsilə 7727 nömrəsinə göndərin. Ali məktəbə daxil olduğunuz halda, ixtisas kodunuzu bildirən cavab mesajı alacaqsınız.
Mesaj mətnində iş nömrənizdən başqa heç bir əlavə məlumat yazılmamalıdır, əks təqdirdə, istəyiniz qəbul olunmayacaq.
Daxil olduğunuz ali məktəb və ixtisasınızı öyrənmək üçün ixtisas kodunuzu qısa mesaj vasitəsilə 7737 nömrəsinə göndərin.
İmtahanCELL xidməti qısa mesajları, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən imtahan nəticələri rəsmi elan olunan gündən etibarən bir həftə ərzində və yalnız Azercell, Açıq Xətt, Bizdən Bizə və GəncSim nömrələrindən qəbul edir.
Gələn cavablarda nömrə yerinə “Azercell” yazılan mesajlar etibarlıdır. Cavab mesajlarında əks olunan bütün məlumat Azərbaycan Respublikası Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunur.
7727 və 7737 nömrələrinə göndərilən hər qısa mesajın qiyməti — 0.05 AZN (ƏDV xaric) və ya 11 kontur. |