Xəbərlər və məlumat (İnfoCELL)Azercell öz abonentlərinə STA (Sim Toolkit Applications) texnologiyasıyla hazırlanmış İnfoCELL xidmətini təqdim edir.
İnfoCELL xidməti Sizə lazım olan hər cür məlumatı mobil telefon vasitəsilə almaq imkanı yaradır. Siz siyasi, iqtisadi, idman və əyləncə xəbərləri, valyuta məzənnələri, rayon, şəhər, ölkə kodları, hava yollarının gəliş-gediş saatları, teatr və kinoteatrların proqramları, restoran və barlar haqqında məlumatları və bir çox başqa faydalı informasiyanı dəyərli vaxtınızı sərf etmədən öz telefonunuza ala bilərsiniz.
Həmin xidmətlər telefon menyusunda İnfoService adı altında toplanmışdır. Bundan əlavə, bütün məlumat növləri istifadəni asanlaşdıran Biznes, Əyləncə, Xəbərlər və Məlumatlar başlıqları altında qruplaşdırılmışdır.
Tariflər
Xidmətin qiymətinə dair məlumatı “Tariflər” bölümündən ala bilərsiniz. |