Azərbaycan dilindəIn EnglishПо-русски

İnternet-in SMS vasitəsi ilə ödənişi (InternetCELL)

İnternetCELL

İnternetCELL — Azercell və Azeronline şirkətlərinin təqdim etdikləri birgə xidmətdir. Bu xidmət Azercell abonentlərinə İnternet kartı almadan İnternetə qoşulmaq imkanı verir.

1, 3, 5 və ya 10 rəqəmini 9070 nömrəsinə göndərin müvafiq olaraq 1, 3, 5 və 10 saatlıq İnternetə girişhaqqı qazanın.

İndi eyni qayda ilə daha çox İnternet saatı əldə edə bilərsiniz – 30, 60 və ya 90 saatlıq İnternet

Göndərilmiş mesaja cavab olaraq sistem tərəfindən içərisində aşağıdakı məlumatlar olan mesaj alacaqsınız: istifadəçi adı, şifrə, dial-up və Azeronline Müştəri Xidmətlərinin əlaqə nömrələri.

İstifadəçi adı və şifrə alındığı gündən etibarən 3 ay müddətində etibarlıdır.

Tariflər

Saat Xidmətin qiyməti (AZN) Xidmətin qiyməti (konturlarla)
1 0,30 75
3 0,80 180
5 1,2 300
10 2,00 500
30 5,00 1250
60 9,00 2250
90 13,00 3250

Manatla göstərilən qiymətlərə ƏDV daxil deyildir.

200 saatlıq İnternetə abunə

Azercell Fakturalı Xətt abonentlərinə İnternetə qoşulmaq artıq daha rahat və sərfəli. Bunun üçün 9070 nömrəsinə ayliq200 yazıb göndərin və Azeronline-dan 200 saatlıq İnternetə abunə olun.

Abunəlikdən imtina etmək üçün 9070 nömrəsinə 0 göndərmək lazımdır.

Tariflər: 13.8 AZN (ƏDV xaric).

Daha ətraflı məlumat üçün: Azeronline Müştəri Xidmətləri — 490-49-94; 2020 - mobil telefondan(Azercell Fakturalı Xətt abonentləri üçün 2020 nömrəsinə zəngin birinci 5 dəqiqəsi pulsuzdur, birinci 5 dəqiqədən sonra danışıq haqqı müvafiq tarif paketinin şəbəkədaxili tarifləri ilə eynidir. SimSim abonentləri ücün isə uzunluğundan asılı olmayaraq, bir zəngin qiyməti 20 konturdur)


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr