İzahlı qaimənin İnternet üzərindən alınması (WebİzahCELL)WebİzahCELL xidməti hüquqi şəxs olan abonentlərə (yalnız Azercell Korporativ Fakturalı Xətt abonentlərinə) USB key-güvənlik açarından ( istifadəçi adı və şifrələrdən) istifadə edərək, İnternet səhifəsi vasitəsilə istifadəsində olan nömrələrin izahlı qaiməsini (zəng/mesaj edilən nömrələr, zənglərin/mesajların edilmə tarixi, davamlılığı və s. haqqında məlumat) əldə etmək imkanı verir.
WebİzahCELL xidmətindən istifadəyə başlamaq üçün abonent tərəfindən, tərəflərin hüquq və öhdəliklərini əks etdirən xidmət formu doldurulur, möhür və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənir.
Hər bir izahlı qaimə üçün ödəniləcək məbləğ: 1,35AZN (ƏDV xaric).
Drayver
Xidmətdən istifadə etmək üçün aşağıdakı fayl kompyuterinizə yüklənilməlidir: WebİzahCELL xidmətinin təqdimatı
WebİzahCELL xidmətindən istifadə qaydalarını əyani görmək üçün aşağıdakı faylı yükləyin. WebIzahCELL xidmətinin təqdimatı Xidmətin deaktiv edilməsi
Abonent fərdi qaydada, güvənlik açarı (İstifadəçi adı) üçün WebİzahCELL İnternet səhifəsinə giriş iznini ləğv etməklə xidməti deaktiv edə bilər. Həmçinin, abonent, WebİzahCELL xidmətdən istifadəni dayandırmaq üçün “Azercell Telekom” BM-in Müştəri Xidmətlərinə rəsmi məktubla müraciət edə bilər.
|
Qeyd: WebİzahCELL xidmətinin hüquq və öhdəliklərini əks etdirən qaydaları və istək formunu “Formlar” bölümündən əldə edə bilərsiniz.