Azərbaycan dilindəIn EnglishПо-русски

Mobil rabitənin sabit rabitəyə keçirilməsi (FiksCELL)

FiksCELL — mobil rabitəni sabit rabitəyə çevirən bir xidmətdir. Bu xidmət Azərbaycanda ilk dəfə olaraq Azercell tərəfindən təqdim edilmişdir.

Tutaq ki, Siz elə bir işlə məşğulsunuz ki, tez-tez ofisinizi dəyişməli olursunuz. Bu halda yeni sabit telefon xətti almaq üçün nə qədər vaxtınızın sərf olunacağını təsəvvür edirsinizmi? Üstəlik, telefon nömrəsi də hər dəfə dəyişəcək.

Bu halda evinizdə və ya ofisinizdə quraşdırılacaq kiçik bir cihaz — GSM Fiks Terminalı — problemlərinizi asanlıqla həll edəcək.

FiksCELL sizə bütün ölkə ərazisində arxayınlıqla hərəkət edib, istədiyiniz yerdə işləməyə imkan verəcək. Onun köməyi ilə Siz lazım olan anda vacib sənədi əldə edəcək, öz elektron- poçtunuzu yoxlayacaq və İnternetə qoşula biləcəksiniz. Hətta yerüstü rabitə xətti sıradan çıxsa, masaüstü telefonunuz həmişə işləyəcək.

Fixed GSM xətti üçün yerli ATS xətti lazım deyil. Bu cihazı evinizdə və ya ofisinizdə quraşdıraraq, siz problemsiz zəng edə bilərsiniz.

Fixed GSM xətti Mini-ATS şəbəkəsinə qoşulduğu zaman isə ATS sistemində proqramlama aparılır və bu cihaz üçün bir yerli ATS xətti ayrılır.

Fixed GSM terminalı Karel cihazları üzərindən qurulur.

FiksCELL xidmətinin istifadəçiləri izahlı faktura, GizliCELL xidmətlərini pulsuz əldə edirlər və aylıq sabit haqq ödəmirlər.

FiksCELL xidmətinin istifadəçiləri KonfransCELL, WapCELL və SMS üzərindən qurulmuş xidmətlərdən (InfoCELL, MesajCELL, HazırMesajCELL və s.) yararlana bilməz.

Fixed GSM cihazından iki cür yığım qaydası var:

  1. Bu cihaz heç bir mini ATS-ə deyil, adi bir telefon aparatına qoşulduğu halda, dəstəyi qaldırarkən, sırf mobil telefondan yığılan qaydada, birbaşa nömrəni yığırsınız.
    • Azercell üçün: xxx xx xx
    • Digər yerli operatorlar üçün: 0 operatorun kodu xxx xx xx
    • Sabit telefona: 0 şəhər kodu xxx xx xx
  2. Fixed GSM cihazı mini ATS-ə qoşulduğu zaman avadanlıq qoşularkən proqramlanan koddan asılı olaraq nömrələrin yığılması da fərqli ola bilər (məsələn, proqramlama 6 ilə aparılmışsa, o zaman dəstəyi qaldırıb 6 və mobil nömrə yığırsınız).
    • Azercell: 6 xxx xx xx
    • Digər yerli operator: 60 operatorun kodu xxx xx xx
    • Sabit telefon nömrələri isə adi qayda ilə (yəni, mobil xətdən istifadə etməyərək) yığılır və bu səbəbdən də zəng pulsuz olur.

Tariflər

Əgər abonent endirimli ŞirkətimCELL tarif paketlərindən istifadə edirsə, FiksCELL xidməti üçün istifadə haqqı da istifadə etdiyi endirimli tarif paketinə müvafiq olaraq aparılır. Abonent ŞirkətimCELL tarif paketlərindən istifadə etmədiyi halda, FiksCELL xidməti üçün haqq Standart tarif paketinə uyğun aparılır. FiksCELL nömrələrindən istifadə edən abonentlərin Korporativ Premium, Korporativ Medium, Korporativ Basik tarif paketi abonentlərinə etdikləri şəbəkədaxili zənglərə endirim tətbiq edilir. Bir dəqiqənin qiyməti pik saatlarında 0,07 AZN (ƏDV xaric) , qeyri-pik saatlarında 0,05 AZN (ƏDV xaric).

Fixed GSM cihazını almaq və ya bu xidmət haqda ətraflı məlumat toplamaq istəsəniz, Korporativ Seqment bölümünün təmsilçiləri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: (994 12) 496-70-07, daxili  2719
Faks: (994 12) 430-05-65
E-mail: corporatesales@azercell.com


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr