Avtoparkın İdarə Edilməsi

Avtonəqliyyat parkının idarə edilməsi xidməti GPS (Global Positioning System - Qlobal Yer Təyinetmə Sistemi) üzərində qurulub.
Bu xidmət vasitəsilə siz Azərbaycanın istənilən nöqtəsində və Azercell-in rominq sazişi olan ölkələrdə çalışan nəqliyyat vasitələrinə "online" nəzarət edə bilərsiniz.

Xidmətin üstünlükləri

  • Nəqliyyat vasitəsinin daim nəzarət altında saxlanılması və çevik idarə edilməsi
  • Rabitə və istismar xərclərinin azaldılması
  • Əmək intizamının və işçilərinizin məsuliyyətinin artırılması
  • Daşınmaların mühafizəsi və optimallaşdırılması
  • Yol-qəza hadisələrinin azaldılması

Ehtiyaclarınıza görə şirkətinizə Standart və ya Premium paketi təqdim oluna bilər.

Standart paketinin xüsusiyyətləri:

  • Avtomobillərinizin marşrutunun xəritə üzərində müşahidəsi
  • Avtomobillərinizin yerləşdiyi ünvan,sürəti, odometr göstəriciləri, nəqliyyat vasitəsinin işə salınması/dayandırılması, sürət hüdudunu aşması, mühərrikin əbəs yerə işləməsi haqqında, iş rejimi, iş və qeyri-iş vaxtları üzrə hesabatlar

Premium paketinin xüsusiyyətləri (Avro II və yüksək standarta malik avtomobillər üçün):

Standart paketinin xüsusiyyətləri və üstəlik yanacağın aktual sərfiyyatı, çəndə səviyyəsi, mühərrikin dövriyyə sürəti barədə bilgilərin avtomobilin bort kompyuterindən alınması.

Əlavə olaraq hər paketə, məsafədən nəqliyyat vasitəsi haqda xarici cihazlardan məlumat almaq üçün 4 giriş və xarici cihazları idarə etmək üçün 4 çıxış sensoru təklif olunur: hərarət sensoru, çəndə yanacaq səviyyəsi sensoru, mikserlər üçün beton boşaltma sensoru, təhlükəsizlik kəməri/qapı/kuzov sensoru, zərbə sensoru, mühərrikin ardıcıl həbsi və s.

Bundan başqa, aşağıda qeyd olunan hallara nəzarət üçün müxtəlif xəbərdarlıq/siqnalizasiya sistemləri mövcuddur:

  • Avtomobil müəyyən edilən sürət hüdudunu keçdikdə
  • Avtomobil tərif edilən istiqamətin xaricinə çıxdıqda
  • Avtomobil tərif edilən müddətdən çox dayandıqda
  • Avtomobil iş saatlarından xaric istifadə edildikdə

Bunun üçün nəzarət edilən avtomobillərə xüsusi cihazlar quraşdırılmalıdır:

İMT.52 Mobil Data cihazı

  • 200 saata qədər daxili batareya enerjisi
  • Galileo dəstəkli, 50 kanallıq GPS qəbul edicisi
  • Məsafədən idarəetmə imkanı

İMT.14 Mobil Data cihazı

  • GSM-GPS dəstəkləyən daxili antena ilə təchiz olunmuş cihaz
  • 50 kanallıq GPS qəbuledicisi
  • 900 mAh daxili batareya
  • Mobil İnternet üzərindən məsafədən idarəetmə və proqramlaşdırma imkanı

Fərdi izləmə cihazı "Treyki":

  • Kiçik və yüngül (55qr - 66x38x19sm)
  • 60 saatdan çox çalışma
  • Məkan haqqında məlumatların saata, məsafəyə və yerləşməyə görə yenilənməsi
  • Proqramlaşdırılmış çoxfunksiyalı düymələr
  • Səsli zəng imkanı
  • Quraşdırılmış hərəkət sensoru (G-Sensor)
  • Məsafədən idarəetmə imkanı

Aşağıda təklif etdiyimiz sensorlar ayrı-ayrılıqda da satıla bilər:

  • LCD mesajlaşma və naviqasiya vahidi
  • Anbar qapağı sensoru
  • Təcili yardım pedalı
  • Dinləmə vahidi
  • Səsli danışıq dəsti
  • Qapı sensoru
  • İstilik sensoru və s.

Tariflər

Paketin adı Aylıq abunə haqqı
Standart 15,34 AZN
Premium 18,88 AZN

Hər bir sensora görə hər bir GSM nömrəsinin istifadə edildiyi dövr ərzində aylıq abunə haqqı - 1,18 AZN.

“Globtel Solutions” MMC-nin cihazları

Cihaz növü Cihazın qiyməti (cihaz birbaşa alınırsa) *Müddət *Aylıq ödəniş Aylıq xidmət haqqı (cihaz birbaşa alınırsa)
İMT 14. Mobil Data cihazı 396 AZN 12 ay 47,36 AZN 14,36 AZN
İMT 14. Mobil Data cihazı 396 AZN 24 ay 30,86 AZN 14,36 AZN
İMT 52. Mobil Data cihazı 590 AZN - - 14,36 AZN
Fərdi izləmə cihazı 590 AZN 12 ay 29,46 AZN 9,86 AZN

*Cihazın güzəştli şərtlərlə əldə edildiyi hallara aiddir.

Hər paketə aylıq 10 MB Mobil İnternet trafiki daxildir.
Əlavə istifadə həcminə görə ödəniş: 1 MB=1,24 AZN.

“A+A Security” MMC-nin cihazları

Maşınlarin sayı
GPS/GPRS Radionaviqasiya cihazları 5-20 21-50 51-100 100-dən yuxarı
1 Real zamanda işləyən Radionaviqasiya avadanlıqların Smart dəsti (əsas komplektasiya): məntiqi proqramlaşdırılan cihaz, GPS/GPRS modul və antenalar, Pointer (Israel) 295 AZN 289.10 AZN 283.20 AZN razılıq əsasında
2 Real zamanda işləyən Radionaviqasiya avadanlıqların Light dəsti (əsas komplektasiya): məntiqi proqramlaşdırılan cihaz, GPS/GPRS modul və antenalar, Pointer (Israel) 224.20 AZN 212.40 AZN 200.60 AZN razılıq əsasında


Əlavə məlumat üçün:
“A+A Security” MMC
Tel:(+994 12) 496 26 75;(+994 12) 480 54 84
“Globtel Solutions” MMC
Tel:(+994 12) 437 30 71; Faks:(+994 12) 437 30 72
www.globtel.az


Müştəri Xidmətləri

6050

 

Ətraflı