Dövlətcell tarifi

1 dəqiqə = 2 qəpik
Dövlət işində çalışanlar istifadələrində olan Fakturalı Xətt nömrələrini Dövlətcell tarifinə qoşaraq əlverişli tariflərlə danışmaq imkanı qazanırlar!
Dövlətcell tarifinə qoşulmaq üçün təmsil etdiyiniz təşkilatın xidmət vəsiqəsini (etibarlı) təqdim etməniz kifayətdir. Bu halda, iş yerinizdən arayışın təqdim edilməsinə ehtiyac yoxdur.
Azərbaycan daxilində zənglər
| Tarifin adı | Aylıq abunə haqqı | Tarifdaxili |
Şəbəkədaxili |
Şəbəkəxarici |
|---|---|---|---|---|
| Dövlətcell | yoxdur* | 2 qəpik | 6 qəpik | 9 qəpik |
Digər xidmətlər
| 1 SMS | 1 MMS | 1 MB İnternet | Gizlətcell (nömrənin gizlədilməsi) |
|---|---|---|---|
| 2 qəpik | 10 qəpik | 40 qəpik | PULSUZ |
Dövlətcell-lilər üçün bonus kampaniyası
Qeydlər:
- Hər bir dövlət qurumunun istifadəsində olan GSM nömrəsi Dövlətcell (ƏDV-li) və ya Dövlətcell (ƏDV-siz) tarifinə qoşula bilər. Abonent aidiyyatı tarifinə yeni GSM nömrəsini qoşmaq istədikdə bununla bağlı əlavə vəsaitin ödənilməsi tələb edilmir.
- Dövlətcell (ƏDV-li) və ya Dövlətcell (ƏDV-siz) tarifinə qoşulmaq üçün aidiyyatı dövlət qurumunun yazılı müraciəti və fiziki şəxsin onun işçisi olması barədə verdiyi arayış (istisna hallarda mərkəzi icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları və digər dövlət qurumları tərəfindən verilən və qüvvədə müddəti bitməyən Xidməti Vəsiqədən “Azercell Telekom” MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən çıxardılan surət) əsasında işçisi olan fiziki şəxsin adına (istifadədən asılı olaraq ümumi sayı 4-dən çox olmamaq şərti ilə) GSM nömrə Dövlətcell (ƏDV-li) tarif paketinə qoşula bilər. Abonentin işçisi olan fiziki şəxs Dövlətcell (ƏDV-li) tarifinə yeni GSM nömrəsini qoşmaq istədikdə bununla bağlı əlavə vəsaitin ödənilməsi tələb edilmir.
- Dövlətcell (ƏDV-li) və ya Dövlətcell (ƏDV-siz) tarif paketləri üzrə müəyyən edilən şərtlər ilə abonentin aid olduğu digər tarif paketi üzrə müəyyən edilən analoji şərtlər arasında ziddiyyət yarandıqda Dövlətcell (ƏDV-li) və ya Dövlətcell (ƏDV-siz) tarifləri üzrə müəyyən edilən şərtlər tətbiq ediləcək.
- Dövlətcell (ƏDV-li) və ya Dövlətcell (ƏDV-siz) tarifinə qoşulan “BizKlub” abonentlərinə verilən və istifadə etdikləri mobil rabitə xidmətləri üzrə güzəştlərə aid olmayan digər güzəştlərin tətbiqi davam edilir.
- Cədvəldə qeyd edilməyən xidmətlərə görə abonentin aid olduğu "Dövlət Korporativ" ƏDV-li və ya "Dövlət Korporativ" ƏDV-siz tarif paketi üzrə qüvvədə olan digər aidiyyatı tariflər tətbiq olunur.
- Rominq xidmətləri va qısa nomrələr üzərındən göstərilən xüsusi xidmətlər ilə bağlı qüvvədə olan aidiyyatı tariflər tətbiq olunur.
- Dövlətcell paketinə qoşulan abonentlər üzrə xidmət haqqı ödəmədən zənglər etməyə imkan verən dəqiqələrin verilməsı qaydası dayandırılır.
- Burada müəyyən edilən danışıqların faktiki davamiyyətinin hər bir tam dəqiqədən az olan hissəsinə görə xidmət haqqı proporsional qaydada hesablanır.
- Bu tarifə qoşulma müqabilində hər bir təqvim günü ərzındə əlavə haqq ödəmədən bir dəfə 650 xidmətindən istifadə etmək imkanı təmin edilir. 650 xidmətindən əlavə istifadəyə görə aidiyyatı tarif paketi üzrə müəyyən edilən müvafiq tarif tətbiq edilir.
- 11.08.2010 tarixindən etibarən Dövlətcell tarifinə qoşulan abonentlər “100-də100 qazanc” kampaniyasında iştirak etməyəcəklər.
- *26.04.2011-ci il tarixindən etibarən Dövlətcell tarifindən istifadə edən abonentlərin faktura dövrü ərzində istifadə haqqı 0,10 AZN-dən az olduqda, həmin nömrəyə 0,12 AZN (ƏDV daxil) məbləğində əlavə haqq tətbiq ediləcək.
